Dünya

Pentaqon minlərlə kamikadze dronundan ibarət ehtiyat yaratmağı planlaşdırır

4 Fevral 2026 11:33
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pentaqon yüz minlərlə zərbə tipli pilotsuz uçuş aparatı ehtiyatı yaratmağı planlaşdırır.

Milli.Az-ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında bildirilib.

Müdafiə naziri Pit Heqset ABŞ ordusunu qısa müddətdə pilotsuz uçuş aparatları ilə təchiz etməyə imkan verəcək satınalma strategiyasının hazırlanması barədə göstəriş verib. Nazirlik artıq Drone Dominance Program proqramının birinci mərhələsində iştirak edən 25 şirkətin adını açıqlayıb.

Fevralın 18-də Fort-Benninqdə Gauntlet proqramının birinci mərhələsi başlayacaq. Bu mərhələ çərçivəsində hərbçilər tədarükçülər tərəfindən təqdim olunan sistemləri sınaqdan keçirəcək və qiymətləndirəcəklər. Mərhələnin martın əvvəlində başa çatdırılması və təxminən 150 milyon dollar məbləğində prototiplər üçün sifarişlərin yerləşdirilməsi planlaşdırılır. Tədarüklər dərhal bundan sonra başlayacaq və növbəti beş ay ərzində davam edəcək. Proqram ümumilikdə dörd mərhələdən ibarətdir.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.