Dünya

Ukraynada doğum evi vuruldu - Yaralılar va - FOTO

1 Fevral 2026 18:19
Baxış: 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ordusu Ukraynanın Zaporojye şəhərində doğum evini vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Hücum zamanı ikisi qadın olmaqla azı 6 mülki şəxs yaralanıb.

Doğum evinin otaqları, koridorlar zədələnib, pəncərələr sınıb və duman qalxıb.

Məlumata görə, səhər və günortadan sonra Rusiyanın Zaporojye şəhərinə ümumilikdə iki hücum qeydə alınıb ki, biri 4 yaşlı uşaq olmaqla ümumilikdə 9 nəfər yaralanıb.

Məlumatı Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında təsdiqləyib.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.