Dünya

Tramp mətbuat konfransını yarımçıq kəsib Ərdoğana zəng elədi:Nə danışdılar?

21 Yanvar 2026 09:39
Baxış: 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. 

Milli.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı jurnalistlərin suallarını yarımçıq saxlayaraq prezident Ərdoğanla "çox vacib bir görüşü" olacağını bildirib. 

Trampın açıqlamasından qısa müddət sonra gözlənilən telefon danışığı reallaşıb. Prezident Aparatının Kommunikasiya İdarəsinin məlumatına görə, liderlər telefon danışığı zamanı ikitərəfli əlaqələri, regional və qlobal prosesləri ətraflı şəkildə müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyənin Suriyadakı hadisələri yaxından izlədiyini vurğulayaraq, Suriyanın birliyi, həmrəyliyi və ərazi bütövlüyünün Türkiyə üçün prioritet məsələ olduğunu bildirib. O, terrorizmdən azad, dinc və sabit bir Suriyanın bütün region üçün mühüm töhfə verəcəyini qeyd edib.

Telefon danışığında Qəzza məsələsi də müzakirə olunub. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.