Yaponiyanın Çuqoku bölgəsində 6.2 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələdən sonra güclü afterşoklar qeydə alınıb. Zəlzələnin episentri Şimane prefekturasının şərq hissəsində yerləşib. Agentlik əlavə edib ki, sunami təhlükəsi yoxdur.
Yaponiyanın Nüvə Tənzimləmə Agentliyi isə zəlzələdən sonra hər hansı anomaliyanın qeydə alınmadığını bildirib.
Milli.Az





