Dünya

Bakıda kuryerin öldüyü dəhşətli qəzanın təfərrüatı - VİDEO

5 Yanvar 2026 14:32
Baxış: 1 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 3-ü saat 01 radələrində Nəsimi rayonu Ceyhun Səlimov küçəsində "İveco" markalı təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub.

Milli.Az xəbər verir ki, hadisə zamanı motosikletin 29 yaşlı sürücüsü Mehdi M. hadisə yerində həlak olub.

Qəza nəticəsində ambulansın sürücüsü və 2 sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Bildirilib ki, hadisə zamanı təcili tibbi yardım avtomobili yüksək sürətlə hərəkət edirmiş.

Faciəvi şəkildə ölən Mehdi restoranda kuryer kimi çalışırmış. Onun 10 aylıq körpəsi qalıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.