Dünya

Maduronun azad edilməsi məqsədilə xüsusi komissiya yaradıldı

5 Yanvar 2026 10:52
Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Venesuela hakimiyyəti ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floresin azad edilməsi məqsədilə xüsusi komissiya yaradıb".

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Venesuelanın informasiya və kommunikasiya naziri Freddi Nyanes deyib.

O bildirib ki, müvafiq komissiyaya Milli Assambleyanın sədri Xorxe Rodrigez rəhbərlik edəcək.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.