Dünya

ABŞ-nin Venesueladakı əməliyyatı zamanı ölənlərin sayı 80-ə çatıb

4 Yanvar 2026 23:07
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yüksəkvəzifəli venesuelalı rəsmiyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, şənbə günü həyata keçirilən hücum nəticəsində həlak olanlar arasında mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları da var.

Ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Venesuela Prezidenti və həyat yoldaşı Nyu-Yorka gətirilib. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.