ABŞ Daxili Təhlükəsizlik Departamentinə rəhbərlik edən Kristi Noem bildirib ki, Donald Tramp Venesuelanın idarə edilməsi ilə bağlı bu ölkənin müvəqqəti prezidenti Delsi Rodriqeslə danışıqlar aparır.
Milli.Az xəbər verir ki, Noem "Fox News"a müsahibəsində bu söhbətlərin "çox konkret və aydın" olduğunu deyib: "Siz ya rəhbərlik edə bilərsiniz, ya da yoldan çəkilə bilərsiniz. Biz sizin Amerikanın nüfuzunu sarsıtmağa davam etməyinizə icazə verməyəcəyik."
Maduronun məhkəmədən sonra ekstradisiya edilib-edilməyəcəyi barədə suala Noem belə cavab verib: "Hesab edirəm ki, biz onları görməli və prosesin gedişatını izləməliyik."
Lalə Qüdrətova
Milli.Az





