Dünya

“Həmin gecə mühafizəçilər qətlə yetirildi” – Maduronun naziri danışdı

4 Yanvar 2026 21:16
Baxış: 1 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Venesuelanın Müdafiə naziri Vladimir Padrino televiziya çıxışında yeni detalları açıqlayıb.

Milli.Az xəbər verir ki, nazir bildirib ki, Venesuela silahlı qüvvələri prezident Maduro və həyat yoldaşının "mühafizə dəstəsinin böyük hissəsinin, əsgərlərin və günahsız mülki şəxslərin soyuqqanlıqla qətlə yetirilməsindən" sonra həyata keçirilən "qorxaqca qaçırılmasını" qətiyyətlə rədd edir.

Bundan əvvəl "New York Times" qəzeti bir yaşayış kompleksinin vurulduğunu və ən azı 40 itkinin olduğunu xəbər vermişdi. Lakin bu itkilərin mülki şəxslər, yoxsa hərbi hədəflər olduğu hələlik məlum deyil.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.