Dünya

Keti Millerin Qrenlandiya paylaşımı diplomatik gərginlik yaratdı

4 Yanvar 2026 16:00
Baxış: 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Ev administrasiyasının rəhbər müavini Stiven Millerin həyat yoldaşı Keti Miller, Qrenlandiyanın ABŞ bayrağının rənglərində tərtib olunmuş xəritəsini X (Twitter) sosial şəbəkəsində paylaşıb.

Milli.Az xəbər verir ki, ​xəritədə "Tezliklə" ("Soon") sözünün yazılması diqqət çəkib.

Bu paylaşım Danimarkada narazılıqla qarşılanıb. Danimarkalı diplomat Yesper Meller Serensen bildirib ki, Kopenhagen Vaşinqtondan Danimarkanın ərazi bütövlüyünə hörmət etməsini gözləyir.

Eyni zamanda, Britaniyanın The Guardian qəzeti yazıb ki, ABŞ-ın növbəti strateji maraqları Venesueladan sonra İran və Danimarka ola bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp də çıxışlarında Qrenlandiya ilə bağlı iddialarını dilə gətirib.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.