Dünya

Maduro Nyu-Yorka gətirildi

4 Yanvar 2026 09:58
Baxış: 1 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-ın Nyu-York şəhərinə gətirildiyi təsdiqlənib.

Milli.Az xəbər verir ki, Ağ Evin mətbuat xidməti Maduronun Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Nyu-Yorkdakı ofisində çəkilmiş görüntülərini ictimaiyyətə təqdim edib.

Yayımlanan videokadrlarda Venesuela liderinin hüquq-mühafizə orqanlarının müşayiəti ilə dəhliz boyunca hərəkət etdiyi, əllərinin isə qandallı olduğu aydın görünür.

Bu video materiallar Nikolas Maduronun Nyu-Yorka çatdırıldığını rəsmi şəkildə təsdiqləyən ilk sübut kimi qiymətləndirilir.

"NBC News"un məlumatına əsasən, Venesuela prezidentinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik maddələrin və silahların qanunsuz dövriyyəsi ilə bağlı irəli sürülən ittihamlar üzrə hakim qarşısına çıxması gözlənilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.