İsrail Baş naziri Binyamin Netanyahu dekabr ayında ABŞ Prezidenti Donald Trampla görüşmək niyyətində olduğunu açıqlayıb.
Milli.Az-ın məlumatına görə, Netanyahu bu açıqlamanı İsraildə səfərdə olan Almaniya Kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında verib:
"İndi sülh üçün yeni imkanlar mövcuddur və biz onlardan yararlanmağa çalışırıq. Ayın sonunda Prezident Trampla görüşəcəyəm və bu mövzuları onunla müzakirə etməyi planlaşdırıram", - deyə Netanyahu bildirib.
Qeyd edək ki, Almaniya Kansleri şənbə günü axşam İsrailə gəlib və gəlişindən sonra İsrail Prezidenti İsaak Hersoq tərəfindən qəbul olunub.
Kənan
Milli.Az





