Dünya

ABŞ Fələstin rəsmilərinin vizalarını ləğv etdi

29 Avqust 2025 22:23
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ administrasiyası sentyabrda keçiriləcək BMT-nin 80-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər etmək niyyətində olan Fələstin rəsmilərinin vizalarını ləğv edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb. 

Yazılı açıqlamada administrasiya Fələstin Azadlıq Təşkilatı (FAT) və Fələstin Administrasiyasının rəsmilərinin vizalarını ləğv etdiyini bildirib.

ABŞ Dövlət Departamenti Fələstin Administrasiyasını terrorizmi qınamamaqda, zorakılığa təhrik etməkdə və Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə İsrailə qarşı "hüquqi müharibə"  aparmaqda günahlandırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.