Alyaskada Rusiya-ABŞ sammitindən sonra hər hansı sənəd imzalamaq planı yoxdur.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Xeyr, gözlənilmir, heç nə hazırlanmayıb və çətin ki, burada hər hansı sənəd olsun", - o, məsələ ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib.
"Birgə mətbuat konfransının olacağını nəzərə alsaq, prezident, əlbəttə ki, əldə edilə biləcək razılaşma və anlaşmaların spektrini açıqlayacaq", - Peskov əlavə edib.
Milli.Az