Dünya

Termosa görə kor oldular - minlərlə məhsul geri çağırılır

13 İyul 2025 10:50
Baxış: 925
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin pərakəndə satış nəhəngi "Walmart" təxminən 850 min paslanmayan poladdan hazırlanmış termosu təhlükə yaratdığına görə geri çağırır.

Milli.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, ABŞ İstehlakçı Məhsulları Təhlükəsizlik Komissiyası (CPSC) bununla bağlı açıqlama yayıb.

Bildirilib ki, bu məhsullar ciddi zədə və partlayış riski daşıyır. Artıq iki nəfərin bu termoslara görə görmə qabiliyyətini itirdiyi məlum olub.

"Walmart" mağazalarında satılan "Ozark Trail 64 oz" termosunun qapaqları açılarkən istifadəçinin üzünə sıçrayır, bu isə ciddi travmaya səbəb olur. İndiyədək üç nəfərin bu səbəbdən xəsarət aldığı bildirilib, onlardan ikisi tamamilə kor olub.

Şirkət sözügedən termoslardan istifadə edən istehlakçılara məhsulu dərhal istifadə etməyi dayandırmağı və tam ödənişlə geri qaytarmaq üçün müraciət etməyi tövsiyə edir. /Oxu.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.