Dünya

Ərdoğan Trampla görüşdü - Nələri müzakirə etdilər? - FOTO

25 İyun 2025 10:09
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp NATO-nun Haaqada keçirilən sammiti çərçivəsində görüşüblər.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, görüşdə liderlər ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.

O, Trampın səyləri ilə İsrail və İran arasında əldə olunmuş atəşkəs rejimini məmnuniyyətlə qarşılayıb və bunun daimi olacağına ümidvar olduğunu bildirib, Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatmasında və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.