İsrailin Hərbi Hava Qüvvələri İranın mərkəzində yerləşən İsfahan şəhərində strateji əhəmiyyətə malik raket və radar sistemlərini hədəf alaraq uğurlu aviazərbələr həyata keçirib.
Milli.Az xəbər verir ki, hücumun görüntüləri İsrailin nüfuzlu "Kanal 12" televiziya kanalı tərəfindən yayımlanıb.
Məlumatda bildirilir ki, zərbələr nəticəsində İranın müdafiə infrastrukturu ciddi zərər görüb və raket sistemləri tamamilə məhv edilib. Radar komplekslərinin də fəaliyyət qabiliyyətinin məhdudlaşdırıldığı qeyd olunur. Bu hücumlar İranın hərbi potensialını zəiflətməyi, həmçinin regiondakı gərginliyi artırmağı məqsəd qoyub.
İsrail tərəfindən yayılan görüntülər hücumun dəqiq hədəflərə yönəldiyini və yüksək texnologiyalı aviasiya vasitələrindən istifadə olunduğunu göstərir.
Kənan
Milli.Az