Dünya

Qara qutu tapıldı: 265 nəfərin ölümünə səbəb olan qəzanın sirri açılır

13 İyun 2025 16:10
Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın qərbində yerləşən Əhmədabad şəhəri yaxınlığında baş verən dəhşətli təyyarə qəzası ilə bağlı araşdırmalar davam edir."Air India" aviaşirkətinə məxsus AI171 reysi ilə uçan sərnişin təyyarəsi sıx yaşayış məntəqəsinə düşərək 265 nəfərin ölümünə səbəb olub. Qəzadan yalnız bir nəfər sağ qalıb.

Milli.Az xəbər verir ki, yerli medianın məlumatına görə, qəzanın səbəblərini araşdırmaq üçün önəmli addım atılıb. Təyyarənin Flight Data Recorder (FDR) - yəni uçuş məlumatlarını qeydə alan qara qutusu tapılıb və aidiyyəti orqanlara təhvil verilib. Təyyarənin ön hissəsində yerləşən ikinci qara qutunun - Cockpit Voice Recorder-in axtarışları isə davam etdirilir.

Hindistanın rəhbərliyi altında qəzanın araşdırılması üçün beynəlxalq mütəxəssislərin də cəlb olunduğu çoxmillətli istintaq qrupu formalaşdırılıb. Araşdırmalara Böyük Britaniyanın Hava Qəzaları üzrə İstintaq Bürosu, ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və təyyarənin istehsalçısı Boeing şirkətinin mütəxəssisləri qoşulub.

Qəzada həyatını itirənlər arasında Britaniya vətəndaşlarının da olduğu təsdiqləndiyi üçün beynəlxalq iştirak zəruri sayılıb.

Xilasedicilər işləməyə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.