Dünya

"Biz Putini ondan daha yaxşı tanıyırıq"

9 İyun 2025 18:18
Baxış: 1 602
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyevin rəsmi şəxsləri Rusiya lideri Vladimir Putini amerikalılardan və Ağ Evin sahibi Donald Trampdan daha yaxşı tanıyırlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ukrayna prezidenti bunu ABC telekanalına müsahibəsində bildirib.

O deyib: "Prezident Trampa bütün ehtiramıma baxmayaraq, düşünürəm ki, bu (Rusiyanın sülhə hazır olması - red.), yalnız onun şəxsi fikridir. İnanın ki, biz rusları, onların mentalitetini amerikalılardan daha yaxşı başa düşürük".

Ukrayna prezidentinin fikrincə, Rusiya hərbi əməliyyatları dayandırmağa hazır deyil.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.