Dünya

İranda bıçaqlı hücum - Ölənlər və yaralananlar var

27 May 2025 16:48
Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Şiraz şəhərində dəhşətli hadisə baş verib.

Şəhər sakini küçədə yoldan keçən insanlara bıçaqla hücum edib.

Milli.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, hadisə barədə əyalət polis idarəsinin komandiri Əzizullah Məleki açıqlama verib.

Komandirin sözlərinə görə, bıçaqlı hücum nəticəsində dörd nəfər həyatını itirib, iki nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

37 yaşlı şəxs polisin "dayan" çağırışlarına məhəl qoymayaraq hücumlarını davam etdirməyə çalışıb, hətta polis əməkdaşlarına da xəsarət yetirmək niyyətində olub. Onun zərərsizləşdirilməsi üçün ayağından atəş açılıb və o, yaralı halda həbs edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, cinayətkar hücum zamanı narkotik maddənin təsiri altında olub.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.