Gürcüsdtan - Ermənistan sərhədində zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, məlumatı Gürcüstanın Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
Bildirilib ki, zəlzələnin episentri Gürcüstan-Ermənistan sərhəd zonası yaxınlığında, sərhəddən 3 kilometr aralıda yerləşib.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 10:11-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5 olub.
Episentrdə yeraltı təkanların gücü 12 ballıq şkala üzrə 4 bal olub.
Fidan
Milli.Az