Gürcüstan - Ermənistan sərhədində ZƏLZƏLƏ

20 May 2025 12:00

Gürcüsdtan - Ermənistan sərhədində zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, məlumatı Gürcüstanın Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi yayıb.

Bildirilib ki, zəlzələnin episentri Gürcüstan-Ermənistan sərhəd zonası yaxınlığında, sərhəddən 3 kilometr aralıda yerləşib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 10:11-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5 olub.

Episentrdə yeraltı təkanların gücü 12 ballıq şkala üzrə 4 bal olub.

Fidan
Milli.Az