Dünya

Roma Papasından Azərbaycan və Ermənistana sülh çağırışı

20 Aprel 2025 16:53
Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Roma Papası Fransisk Pasxa bayramı münasibətilə ünvanladığı müraciətində Azərbaycan və Ermənistana qısa zamanda sülh sazişi imzalamağa çağırıb.

Milli.Az xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb.

Pontifik bölgədə davamlı barışın əldə olunmasının və regionun bərpasının vacibliyini vurğulayıb:

"Sülh, tərksilahsız mümkün deyil. Hər bir xalqın öz təhlükəsizliyini təmin etmək haqqı var, lakin bu, qlobal silahlanma yarışına çevrilməməlidir."

Papa Fransisk həmçinin bu il həm katoliklər, həm də pravoslavların eyni gündə qeyd etdiyi Pasxa bayramı münasibətilə Müqəddəs Torpaqda - Fələstin və İsraildə - sülhə çağırış edib. O, bu ərazilərdə əziyyət çəkən xristianlara və bütün xalqlara dəstəyini ifadə edib.

Pasxa mesajında o, Livan və Suriyadakı xristian icmaları üçün dualar etdiyini, Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə isə dərhal son qoyulmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu il 11 ildən sonra ilk dəfə olaraq pravoslav və katolik Pasxası eyni gün qeyd olunur.

Xəyal Abdullayev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.