Dünya

Tramp: Çin məhsullarına tətbiq olunan rüsumlar azaldıla bilər

19 Aprel 2025 21:47
Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin məhsullarına tətbiq edilən 145%-lik gömrük rüsumlarının artırılması ehtimalı azdır və hətta bu rüsumların azaldılması mümkündür.

Milli.Az xəbər verir ki, Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən tariflərin daha da artırılmasının qarşısını almağa çalışacağını vurğulayıb.

O, müəyyən bir həddə çatdıqda insanların bu məhsulları almaq istəməyəcəyini qeyd edərək tarifləri azaltmağı düşündüyünü bildirib.

Bundan əlavə, Tramp Çinlə ticarət məsələləri tam həll olunana qədər "TikTok" ilə bağlı müqavilənin təxirə salınacağını açıqlayıb.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.