Dünya

Aİ ABŞ-yə tətbiq edəcəyi tarifləri təxirə saldı

10 Aprel 2025 21:51
Baxış: 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı ABŞ-nin polad və alüminium idxalına tətbiq etdiyi tariflərə qarşı tədbirləri 90 gün müddətinə dayandırır.

Milli.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen "X" hesabında paylaşım edib.

"Prezident Trampın açıqlamasını nəzərə aldıq. Biz danışıqlara şans vermək istəyirik. Üzv dövlətlərimizdən güclü dəstək görən Aİ-nin əks tədbirlərinin qəbulunu yekunlaşdırarkən, biz onları 90 gün müddətinə təxirə salacağıq. Danışıqlar qənaətbəxş olmasa, əks tədbirlərimiz işə başlayacaq. Qarşılıqlı tədbirlərlə bağlı hazırlıq işləri davam etdirilir. Daha əvvəl dediyim kimi, bütün variantlar masada qalır", - paylaşımda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.