Dünya

Rusiya təhlükəsi - Polşa qırıcıları havaya qalxdı

6 Aprel 2025 13:55
Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa Rusiyanın hərəkətlərinə görə aviasiyasını havaya qaldırıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin (SQ) Əməliyyat Komandanlığı sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları Qərbi Ukrayna ərazisindəki obyektlərə zərbələr endirir. Bununla əlaqədar olaraq Varşava NATO üzrə müttəfiqləri ilə birlikdə qırıcı təyyarələri havalandırıb. Bundan başqa, yerüstü hava hücumundan müdafiə (HHM) və radiolokasiya kəşfiyyatı sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Polşa SQ Komandanlığı qeyd edib ki, görülən tədbirlər "təhlükəli ərazilərə bitişik olan yerlərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib".

Hazırda iqtidarı vəziyyəti izləməyə davam edir. Məlumatda vəziyyət nəzarət altında olduğu vurğulanıb./modern.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.