Dünya

Aylar əvvəl döyüşdə ölən azərbaycanəsilli şəxslərin meyitləri TAPILDI - FOTO

5 Aprel 2025 18:49
Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya-Ukrayna münaqişəsində də beş ay əvvəl həlak olan iki azərbaycanəsilli şəxsin meyitləri tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Lent.az-a Moskvada yaşayan azərbaycanlı icma rəhbərlərindən biri məlumat verib.

Bildirilib ki, Rusiya ordusunun tərkibində döyüşən 38 yaşlı Şair Zahid oğlu Səmədov hazırda münaqişənin davam etdiyi Kursk vilayətinin Daryino Sudjanski rayonunda həyatını itirib. Məlumata görə, mərhum ötən il dekabrın 5-də həlak olub və meyiti küçədə qalıb. Daryino Sudjanski rayonu Rusiya ordusu tərəfindən azad edildikdən sonra onun da meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhum Saatlı rayonu Əhmədbəyli kəndində doğulub, iki uşaq atasıdır. Orta məktəbi bitirəndən sonra ailəsi ilə birgə Moskva vilayətinin İstra şəhərinə köçüb. Həmyerlimizin nəşi doğulduğu kənddə torpağa tapşırılacaq.

Həmçinin Şair Səmədovla yanaşı, Ruslan Loğman oğlu Həsənov da ötən ilin dekabrında Kursk vilayətində gedən döyüşlər zamanı həlak olub. Onun da meyiti mart ayında tapılaraq, Volkovski qəbiristanlığının Fəxri Vətəndaşlar Xiyabanında dəfn edilib.

Ruslan Həsənov Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində doğulub boya-başa çatıb. O, ölümündən sonra "Şücaət" ordeni ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory