Dünya

Myanmada zəlzələdən sonra Tailandda 168 yeraltı təkan qeydə alınıb

30 Mart 2025 18:23
Baxış: 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tailandın Meteorologiya İdarəsi Myanmada baş verən zəlzələdən sonra 168 yeraltı təkan qeydə alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, yeraltı təkanların maqnitudası 1-7, əksər hallarda isə 5-dən az olub.

Xatırladaq ki, Myanmada martın 28-də güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1 700-ü ötüb.

Güclü təkanlar Tailandın paytaxtı Banqkok və onun ətraflarında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində hiss olunub. Tailand səlahiyyətliləri ölkəni silkələyən zəlzələni dörddə üç səviyyə ilə qiymətləndirib. Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb, 32 nəfər yaralanıb, 83-ü itkin düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.