Dünya

Çin yeni kosmik buraxılış sistemini istifadəyə verir – İlk dəfə

26 Mart 2025 18:04
Baxış: 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Galactic Energy" şirkəti 2028-ci ilə qədər dünyada ilk elektromaqnit əsaslı kosmik buraxılış sistemini istifadəyə verməyi planlaşdırır.

Milli.Az teleqraf-a istinadla xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Məlumata görə, sistem maqnit levitasiya ("maglev") prinsiplərinə əsaslanacaq və superkeçirici maqnitlərdən istifadə edəcək. Bu texnologiya raket mühərriki işə düşməmişdən əvvəl belə onu səsdən yüksək sürətlə hərəkətə gətirməyə imkan verəcək. Yeni sistem, həmçinin aşağı səs-küy yaratması və yanacağa qənaət etməsi ilə fərqlənəcək.

Qeyd edək ki, 2022-ci ilin iyununda Moskva İstilik Mühəndisliyi İnstitutunun baş konstruktoru Yuri Solomonov maqnit levitasiya qatarı (maglev) üçün yol tikmək planlarını açıqlamışdı. Bu obyektin Rusiyanın şimal-qərb bölgəsində 2025-ci ilə qədər istifadəyə verilməsi nəzərdə tutulurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.