Dünya

Tramp: Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişə dair razılıq əldə olunub

24 Mart 2025 22:00
Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ukrayna ilə mineral ehtiyatlara dair sazişlə bağlı razılığa gəlib.

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz faydalı qazıntılarla bağlı müqavilə üzrə razılıq əldə etmişik. Sazişi tezliklə imzalayacağıq. İndi biz ərazi haqqında danışırıq", - Ağ Ev rəhbəri deyib.

Bundan əlavə, Tramp qeyd edib ki, ABŞ və Ukrayna arasında elektrik stansiyasının mülkiyyəti ilə bağlı danışıqlar davam edir.

Söhbətin Zaporojye AES-dən getdiyi güman edilir. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.