Dünya

ABŞ “Qızıl Qübbə” müdafiə sistemini hazırlayır

22 Mart 2025 20:27
Baxış: 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ ordusu ölkəni uzaqmənzilli raket zərbələrindən qorumaq məqsədilə "Qızıl Qübbə" müdafiə sisteminin hazırlanması üzərində çalışır.

Milli.Az-ın verdiyi məlumata görə, Ağ Ev bu layihəni Pentaqonun əsas prioritetlərindən biri kimi qiymətləndirir.

ABŞ Prezidenti Donald Tramp bu məqsəd üçün hər hansı maliyyə məhdudiyyəti tətbiq etməyəcək.

Mənbələrin bildirdiyinə görə, Pentaqonun büdcəni azaltmaq istiqamətində addımlar atdığı bir dövrdə administrasiya hərbi rəhbərliyə "Qızıl Qübbə" layihəsinin maliyyələşdirilməsinin 2026-2030-cu illər üçün yeni büdcə proqnozlarına daxil edilməsini tapşırıb. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.