Dünya

Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

14 Mart 2025 08:05
Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına qarşı əlavə məhdudiyyətlər tətbiq edir.

Milli.Az xəbər verir ki, bu barədə "CBS" telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər tətbiq edərək, Rusiyanın ABŞ-nin ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdırır", - məlumatda deyilir.

Qeyd olunur ki, məhdudiyyətlərin gücləndirilməsi həm də ABŞ administrasiyasının Moskvanı Rusiyanın Ukraynaya qarşı müharibəsində təklif olunan 30 günlük atəşkəslə razılaşmağa inandırmaq cəhdi ilə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.