Dünya

Marko Rubio: "Ukrayna istənilən halda ərazi güzəştinə getməli olacaq"

11 Mart 2025 08:00
Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedən təyyarədə jurnalistlərə bildirib ki, Ukrayna münaqişənin dayandırılması haqqında istənilən razılaşma çərçivəsində Rusiyanın 2014-cü ildən etibarən ələ keçirdiyi ərazini güzəştə getməli olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat paylaşıb.

M.Rubionun sözlərinə görə, ukraynalılar və rusiyalılar bu münaqişəyə son qoymaq üçün çətin şeylər etməli olacaqlar.

Dövlət katibi potensial razılaşmanın bütün planını açıqlamaqdan imtina edib, lakin eyham vurub ki, hər iki tərəf bu vəziyyətin hərbi həllinin olmadığını başa düşməlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.