Təhsil

Sertifikasiya imtahanında bu müəllimlər iştirak edə bilməyəcək

11 Mart 2025 21:40
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamilələr, üç yaşa qədər uşağı olduğu üçün sosial məzuniyyətdən qayıtdıqdan sonra bir illik pedaqoji fəaliyyətini tamamlamış müəllimlər, müddətli əsaslarla işləyənlər, çalışma yaş həddinə çatmış müəllimlər və indiyə qədər üç dəfə sertifikasiyadan keçmiş müəllimlər növbəti sertifikasiya imtahanlarında iştirak edə bilməzlər.

Milli.Az xəbər verir ki, bunu Təhsil Institutunun şöbə müdiri Muxtar Hacıyev deyib.

O qeyd edib ki, 60 yaşdan yuxarı müəllimlər üçün sertifikasiyadan imtahanı könüllüdür.

"Üç illik pedaqoji fəaliyyətini tamamlamış və çalışma yaş həddinə çatmamış bütün müəllimlər sertifikasiya imtahanından keçəcəklər", - o bildirib.

Xatırladaq ki, növbəti sertifikasiya imtahanları kimya, biologiya, coğrafiya, fizika və informatika müəllimlərini əhatə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.