Dünya

Həbsxanada təhlükəli xəstəlik yayıldı, görüş qadağan olundu - Böyük Britaniyada

9 Mart 2025 12:11
Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada kişi həbsxanadı "HMP Ranby", yataq böcəklərinin yayılması səbəbindən məhbuslarla görüşü müvəqqəti olaraq qadağan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat yayıb.

"Səlahiyyətlilər məhbus kameralarında yataq böcəyi infeksiyası ilə mübarizə aparmağa çalışdıqları üçün ziyarətçilərin həbsxanaya daxil olması qadağan edildi", deyə yazıda qeyd olunub.

Nəşrin məlumatına görə, artıq həbsxanada dezinfeksiya işlərinə başlanılıb. Ancaq hələ də indiyə qədər az sayda kamerada təmizlik aparılıb.

Problem yeniyetmə qızda qəribə izlər görməsindən sonra məlum olub. Belə ki, ana qızı ilə həbsdə olan atasına baş çəkib. Həkimlər izlərin səbəbinin yataq böcəyi dişləmələri olduğunu müəyyən ediblər.

Ötən il noyabrın sonunda İngiltərə həbsxanalarında siçovulların və hörümçəklərin invaziyasının qeydə alındığı bildirilib. "The Independent" yazır ki, Oksfordşirdəki "Bullinqdon" həbsxanasında məhbusları zəhərli dul hörümçəklər dişləyib, Suffolkdakı "Hallsley Bay" həbsxanasında isə məhbusu zibilləri çeşidləyərkən siçovul dişləyib. "Pentonville" həbsxanasında siçovullar o qədər yayılıb ki, mətbəx 2024-cü ilin aprelində üç ay müddətinə müvəqqəti bağlanmalı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.