Dünya

Bu ölkədə də "TikTok" qadağan edildi

7 Mart 2025 19:49
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Albaniya hökuməti gələn həftədən etibarən "TikTok"un ölkədə bir il müddətinə qadağan ediləcəyini təsdiqləyib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, qərar 14 yaşlı şagirdin Fan Noli məktəbində sosial mediada başlayan münaqişə nəticəsində öldürülməsindən sonra valideyn şuraları ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib.

Baş nazir Edi Rama bildirib ki, qadağa 65 min valideyn və müəllimlə aparılan məsləhətləşmələrdən sonra verilib.

O, "TikTok" rəhbərləri ilə uşaqlar üçün daha təhlükəsiz məzmun filtrləri və alban dilində yeni təhsil imkanları barədə danışıqların davam etdiyini vurğulayıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.