Dünya

“Göstəriş vermişəm ki...” - Zelenski

5 Mart 2025 09:48
Baxış: 1 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə naziri Rustem Umerova, kəşfiyyat xidmətlərinin rəhbərlərinə və diplomatlara ABŞ ilə əlaqə saxlamağı və Amerikanın Kiyevə hərbi yardımının gələcəyini aydınlaşdırmağı tapşırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə teleqram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.

"Bu gün bir çox insanın bir sualı var: Amerikanın köməyi ilə bundan sonra nə baş verəcək? İnsanlar təxmin etməməlidir. Mən Ukraynanın müdafiə nazirinə, bizim xüsusi xidmət orqanlarının rəhbərlərinə, diplomatlara göstəriş vermişəm ki, Amerikadakı həmkarları ilə əlaqə saxlasınlar və rəsmi məlumat alsınlar", - Ukrayna lideri deyib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinə son qoymaq üçün Kiyevin ABŞ ilə normal tərəfdaşlıq münasibətləri vacibdir.

Xatırladaq ki, martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.