Dünya

Ursula von der Leyen: "Təcili olaraq Avropanı yenidən silahlandırmalıyıq"

2 Mart 2025 21:14
Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın təhlükəsizlik zəmanətinı ehtiyacı var

Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Leyen London Sammitindəki müzakirələri "yaxşı və səmimi" adlandırıb.

Milli.Az-ın məlumatına görə, AK prezidenti Ukraynanın "hərtərəfli təhlükəsizlik zəmanətlərinə" ehtiyacı olduğunu deyib.

Avropanı yenidən silahlandırmaq çağırışı

"Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik"
deyən von der Leyen bildirib ki, Avropa Komissiyası martın 6-da Avropa Şurasında bununla bağlı plan təklif edəcək.

"Həqiqətən də birlikdə addım atmalıyıq.Hazırda uzun müddət ərzində müdafiə investisiyalarının artırılması çox vacibdir. Bu, Avropa Birliyinin təhlükəsizliyi üçündür və bizə yaşadığımız geostrateji mühitdə ən pisə hazırlaşmaq, və buna görə də müdafiəni gücləndirmək lazımdır" deyə, AK prezidenti bildirir. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.