Dünya

Tramp bu ölkənin prezidentini 2 saat qapıda gözlətdi - 10 dəqiqəlik görüş üçün - VİDEO

24 Fevral 2025 13:49
Baxış: 1 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Anjey Dudanı 1,5 saat qapıda gözlədib. 

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Tramp Dudanı Ağ Evdə 10 dəqiqəlik planlaşdırılmış görüş üçün 1,5 saat qapıda gözlədib.

Görüşdən əvvəl Ağ Evin təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülər Polşa ictimaiyyətində geniş rezonans doğurub. Bəzi dairələr bu anları "faciəvi" hal kimi qiymətləndirib və ölkənin imicinə zərbə vurduğunu iddia ediblər. Eyni zamanda, Duda ölkə daxilində sərt tənqidlərə məruz qalıb.

Buna baxmayaraq, Ağ Evin rəsmi X sosial media hesabında yayımlanan açıqlamada Tramp və Dudanın ABŞ ilə Polşa arasında mövcud olan "sıx ittifaq"ı bir daha təsdiqlədiyi vurğulanıb.

Tramp görüş zamanı Anjey Dudanı "böyük insan və böyük dost" kimi xarakterizə edib və onu Polşanın müdafiə xərclərini artırdığı üçün tərifləyib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.