Dünya

İqlim böhranı: Okeanda buz təbəqəsi rekord səviyyədə aşağı düşüb

16 Fevral 2025 08:15
Baxış: 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Planetin sərin qalmasına xidmət edən okeanlardakı buz təbəqəsi süni peykdən ötürülmüş məlumatlara görə rekord səviyyə aşağı düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şimal və cənub qütblərində olan okean buzları və buzlaqları günəşin izafi enerjisini kosmosa geri qaytarmaqla bir növ güzgü rolunu oynayır və buz təbəqəsinin azalması bilavasitə iqlim dəyişikliyinə, o cümlədən qlobal istiləşməyə təkan verir.

Qlobal temperaturun yüksəlməsi isə buz təbəqəsinin daha da nazikləşməsinə və qütb sularının dərinliklərinin daha çox hərarət udmasına yol açır ki, bu da planetin istiləşməsini daha artırmış olur.

Bildirilir ki, 13 fevrala olan tarixə əsasən beş gün ərzində Arktika və Antarktikadakı dəniz buzunun ümumi sahəsi 15,76 milyon kvadrat kilometr təşkil edib. 2023-cü ilin (yanvar-fevral) eyni göstəricisi ilə müqayisədə (15,93 milyon kvadrat kilometr) bu yeni anti-rekordun qeydə alınmasından xəbər verir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.