Dünya

Mask “Azadlıq radiosu” və “Amerikanın səsi”nin bağlanmasını tələb etdi - FOTO

9 Fevral 2025 21:12
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı milyarder İlon Mask ABŞ-nin "Azadlıq radiosu" və "Amerikanın səsi" radiostansiyalarını bağlamalı olduğunu deyib.

Milli.Az xəbər verir ki, bu barədə "X" hesabında paylaşım edən Mask bu media orqanlarına heç kimin qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib.

"Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır", - deyə o bildirib.

Qeyd edək ki, "Azadlıq radiosu" və "Amerikanın səsi" bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.