Dünya

Fransa Parisdəki “Rus Evi”nin hesablarını dondurub

6 Fevral 2025 20:10
Baxış: 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Parisdəki "Rus Evi"nin hesablarını dondurub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov bildirib.

Onun sözlərinə görə, Fransa hakimiyyəti Parisdəki Rus Evinin işini tamamilə bloklamağa çalışır.

"Hazırda Rusiya Evinin hesablarını dondurmaqla onun işini tamamilə dondurmağa cəhdlər edilir. Bu mövzuda fransızlarla çətin danışıqlar aparırıq, xüsusən ona görə ki, burada "Rus evi" qanuni əsaslarla, ikitərəfli müqavilə əsasında fəaliyyət göstərir. Eyni ilə Rusiyada da Fransız Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu, son həftələrdə baş verən hadisələrin mənfi inkişafıdır", - səfir vurğulayıb./APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.