Dünya

Boşansalar kitab yazmalı olacaq

2 Fevral 2025 12:00
Baxış: 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahzadə Harri və Meqan Marklla bağlı məlumatlar gündəmdən düşmür. 

Milli.Az xəbər verir ki, "Vanity Fair" dərgisi Meqan heç vaxt dərc olunmayan xatirələri haqqında da eksklüziv məlumatlar əldə edib. Mənbə nəşrə bildirib ki, bir neçə il əvvəl Meqanın komandası hersoginyanın tammetrajlı memuar yazması ilə bağlı bir nəşriyyatla danışıqlar aparırmış.

"Yazılı və ya rəsmi təklifi olmayan konsepsiya "boşanma sonrası" adı alıb. Belə ki, Meqan Harridən boşandıqdan sonrakı həyatından bəhs etməli olacaq. O, bununla bağlı kitab yazacaq" deyə, mənbə əlavə edib.

Eyni zamanda mənbə cütlüyün bu günlərdə yola getmədiyini, amma hələ boşanma qərarı almadıqlarını deyib. Hazırda onların birlikdə olmasına yalnız layihələr səbəb olub. Belə ki, bir çox şirkət üçün Harri və Meqan birlikdə maraqlıdır. /Axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.