Dünya

Fransada müsəlmanlara hörmətsizlik - Məscidin qapısına donuz başı...

29 Yanvar 2025 06:33
Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslamofobiyanın gündən-günə artdığı Avropada yeni qalmaqallar yaşanmaqda davam edir. Fransanın Çerburq şəhərində Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) aid məscidin qapısına donuz başı çəkilib.

Milli.Az xəbər verir ki, Fransa DİTİB İdarə Heyətindən verilən yazılı açıqlamada Çerburqda məscidin qapısına donuz başı çəkildiyi bildirilib.

Bəyanatda deyilir:

"Sülh mənbəyi olan məscidimizi hədəf alan bu qəbuledilməz hərəkəti şiddətlə qınayırıq. Bütün cəmiyyətimizə tezliklə şəfa diləyir, hörmət və insanlıq dəyərlərini müdafiə etmək əzmimizi bir daha vurğulayırıq".

Xatırladaq ki, keçən həftə Fransanın Saint-Omer şəhərində DİTİB-ə bağlı məscidin qarşısına təlimlərdə istifadə edilən əl qumbarası atılıb. (Publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.