Hindistanın qərbindəki Maharaştra ştatında qatarda baş verən yanğın şayiəsinin sərnişinlər arasında çaxnaşma yaratmasından sonra 12 nəfər ölüb. Onlardan bəziləri vaqonlarından tullanaraq bitişik relslərdə hərəkət edən başqa bir qatara çırpılıb.
Milli.Az xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.
Qəza Mumbaydan 400 km aralıda baş verib. İlkin məlumata görə, qatarın vaqonlarından birinin içərisində qığılcımlar yaranıb və bəzi sərnişinlər panikaya düşüblər.
Onlar təcili dayandırma zəncirini çəkib, bəziləri isə relslərə tullanıb. Hadisə anında bitişik yoldan başqa bir qatarın keçdiyi bildirilir.
Hadisə yerinə təcili xilasetmə qatarı göndərilib. Polisin verdiyi məlumata görə qatarla relslər arasında qalan 12 nəfər həlak olub. Daha bir neçə nəfər isə yaralanıb./APA
Milli.Az