Dünya

Blinkenə "sən bombalara mane olmadın" deyən jurnalist zaldan çıxarıldı - VİDEO

17 Yanvar 2025 10:56
Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət katibi Antoni Blinken Dövlət Departamentində səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi sonuncu mətbuat konfransında Qəzza ilə bağlı danışarkən bəzi jurnalistlər tərəfindən etirazla qarşılanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, amerikalı jurnalist Maks Blumental Blinkenin çıxışını kəsərək bunları deyib:

"Qəzzada 300 jurnalist sənin bombalarınla hədəfə alındı. May ayında razılaşmanız var idi, bunu hamımız bilirdik. Toni, sən bombalara mane olmadın. Niyə dostlarımın öldürülməsinə icazə verdin?".

Bu çıxışından sonra M.Blumental zaldan çıxarılıb.

BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında bildirib ki, baş verənlər qəbulolunmazdır, hər kəs jurnalistlərin toxunulmazlığına və söz azadlığına hörmət etməlidir.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.