Dünya

HƏMAS-dan atəşkəslə bağlı ilk açıqlama - Türkiyə detalı...

16 Yanvar 2025 11:20
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzzada İsrail və HƏMAS arasında razılaşdırılan atəşkəs xalq tərəfindən sevinclə qarşılanıb.

Milli.Az xəbər verir ki, atəşkəsin əldə olunmasından sonra HƏMAS verdiyi bəyanatda Türkiyə və digər ölkələrin Qəzzaya dəstəklərini xüsusi vurğulayıb.

HƏMAS Siyasi Bürosunun sədr müavini Xəlil əl-Həyya açıqlamasında bu sözləri səsləndirib:

"Bu tarixi məqamda xalqımıza qürur və şərəf sözlərini çatdırırıq. Xalqımız soyqırım müharibəsində iştirak edən heç kəsi unutmayacaq. İsrailin nasistlərə bənzər cinayətləri tarixə müasir dövrün ən iyrənc soyqırımı kimi yazılacaq" .

HƏMAS Türkiyə, Cənubi Afrika, Əlcəzair, Rusiya, Çin, Malayziya və İndoneziyanın Qəzzadakı soyqırımı dayandırmaq üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, atəşkəsin yanvarın 19-dan başlayacağı elan edilib. Qətər və Misir kimi vasitəçi ölkələrin dəstəyi ilə razılaşdırılan şərtlərə əsasən:

Gündə 600 yük maşını humanitar yardım Qəzzaya göndəriləcək.
HƏMAS 6 həftə ərzində 33 israillini azad edəcək.
İsrail isə hər mülki girov üçün 30 fələstinli məhbusu, hər qadın girov üçün 50 fələstinlini sərbəst buraxacaq.
İsrail 7 oktyabr 2023-cü ildən sonra həbs edilmiş bütün 19 yaşdan kiçik fələstinliləri azad edəcək.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.