Ukraynada ilin əvvəlindən metapnevmovirusa 13 yoluxma qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Ümumukrayna Yoluxucu Xəstəliklər Assosiasiyasının prezidenti, professor Olqa Qolubovskaya sosial şəbəkədə yazıb.
"Mövsümün əvvəlindən Ukraynada 13 rəsmi təsdiqlənmiş hal qeydə alınıb, təbii ki, faktiki olaraq daha çoxdur", - o qeyd edib.
Onun sözlərinə görə, virus yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərinə səbəb ola bilər və gənc uşaqlar, yaşlılar və zəif immun sistemi olanlarda yoluxma riski yüksəkdir.
Milli.Az