Dünya

Əsgərlik müddəti 6 ay oldu, iş yerində maaş da saxlanılacaq - Gürcüstanda

6 Yanvar 2025 10:40
Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda məcburi müddətli hərbi xidmətə çağırış qaydaları dəyişib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, yeni qaydalara əsasən, 2025-ci il yanvarın 1-dən etibarən yalnız "Milli müddətli hərbi xidmət" adı altında hərbi xidmətə çağırışlar həyata keçiriləcək. Çağırış yalnız 18-27 yaş arası şəxslərin siyahısından təsadüfi seçimlə ediləcək və bu proses 31 yanvar tarixinədək başa çatacaq.

Yeni sistemdə çağırışçılar öz xidmət variantını seçə biləcəklər. Üç seçim mövcuddur: döyüş bölməsində 6 aylıq xidmət, mühafizə və təminat bölmələrində 8 aylıq xidmət, və kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə 11 aylıq xidmət.

Çağırış prosesləri il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Döyüş bölməsində xidmətə çağırış 15 aprel tarixindən başlayacaq, mühafizə və təminat bölmələrində isə çağırış 15 mart, 1 iyun, 15 avqust və 1 noyabrda baş tutacaq. Kiçik komandir rütbəsi və ixtisas üzrə çağırış oktyabrın 15-dən etibarən olacaq.

Yeni qaydalara əsasən çağırışçılar əvvəlki iş yerlərini saxlayacaqlar, dövlət qurumunda çalışırlarsa, maaşlarını alacaqlar, xidmət yerində isə onlara istirahət günü veriləcək, həmçinin ictimai nəqliyyatdan pulsuz istifadə etmək imkanı yaradılacaq.

Qaydalara görə, hərbi xidmətdən bir dəfə möhlət almaq olar, bu 5 min lariyə, yəni 2 min dollara başa gələcək.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.