Almaniya Bundestaqının deputatı Roderix Kizevetter Olaf Şoltsun Moskvaya gedəcəyi ilə bağlı "X" platformasındakı paylaşımını silib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputatdan Sosial Demokrat Partiyası (SPD) tələb edib.
Qeyd edək ki, R.Kizevetter Şoltsun fevralın 23-dən, yəni ölkədə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərindən əvvəl Rusiya Prezidenti Vladmir Putinlə görüşmək üçün Moskvaya səfər edəcəyi ilə bağlı paylaşım etmişdi.
Lakin sonradan Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Olaf Şoltsla görüş planlaşdırmadığını açıqlamışdı.
Milli.Az